Yevlaxda narkotiklərin qanunsuz dövriyesinin qarşisi alınıb - Saxlanılanlar var

  • 11:07 - 26 İyul

Yevlaxda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir.

Avropa.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində çətənə bitkisinin kultivasiyası ilə məşğul olan rayon sakini Rüstəm Abışzadə saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qulluq edilərək yetişdirilmiş 26 ədəd çətənə bitkisi və 6 kiloqram marixuana aşkar olunub.

Keçirilən digər tədbirlə güclü təsiredici xassəyə malik narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil edən Hafiz Məmmədov da saxlanılıb. H.Məmmədov ondan aşkarlanan heroini pul müqabilində Teymur adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə Şirvan şəhər sakini Teymur Əkbərov da saxlanılıb. Ondan da külli miqdarda heroin aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.


Oxunma sayı: 3730

Oxşar yazılar