Mederanin sahibi klinikasından imtina etdi

  • 18:54 - 25 İyul

 

 

 

 

 

Mən “Medera” klinikasında işləmirəm və bu məsələyə müdaxilə etməyə o qədər də haqqım yoxdur. Heç nə deyə bilmərəm.

Avropa.info xəbər verir ki,bu sözləri Axar.az-a xalq artisti Ağadadaş Ağayev və “Medera”nın gözətçisi Nurəddin Cəlilov arasında 22 iyulda baş verən insident haqda sualı cavablandıran klinikanın sahibi, iş adamı Qaraxan Əliyev deyib.

Xatırladaq ki, Qaraxan Əliyevin sözügedən tibb müəssisəsinin sahibi olduğu bildirilsə də, özü bu faktı təkzib edir.

Klinikanın rəsmi internet səhifəsində isə icraçı direktorun Lalə Babayeva, direktorun isə İbrahim Əliyev olduğu qeyd olunub. İddialara görə Lalə Babayeva Qaraxan Əliyevin qızıdır


Oxunma sayı: 2784

Oxşar yazılar