Azərbaycan və Ermənistan sərhədində insident yaşanıb

  • 10:30 - 25 İyul

Azərbaycan-Ermənistan sərhədində aparılan demarkasiya işlərindən sonra Tavuşun Kirants kəndində sərhədçilər arasında iki dəfə insident yaşanıb. 

Avropa .info xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Məlumata görə, hadisə yeni salınan dövlətlərarası yolun yaxınlığında qeydə alınıb. Demarkasiya nəticəsində Ermənistan-Gürcüstan dövlətlərarası yolunun Kirants kəndindən keçən hissəsindəki körpü Azərbaycana təhvil verilib. Yaxınlıqdakı Açarkut kəndində isə yeni alternativ yolun tikintisinə başlanılıb. İddialara görə, Azərbaycan sərhədçiləri Ermənistan tərəfinə yeni yolun tikintisi zamanı sərhəd xətlərinin pozulması səbəbindən irad bildirib. Bu isə iki ölkənin sərhədçiləri arasında insidentin yaşanmasına səbəb olub.

Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatın doğru olduğunu deyib:

“Kirants sakinlərindən öyrəndim ki, Azərbaycan sərhədçiləri ermənilərə yeni yolun bir hissəsinin onların ərazisindən keçdiyini deyiblər. Bu da mübahisəyə səbəb olub”.

Xatırladaq ki, Tavuşdan başlayan demarkasiya prosesi nəticəsində Kirants kəndinin bir hissəsinin Azərbaycanın nəzarətinə keçdiyi, dövlətlərarası yolun olduğu ərazinin də bir neçə gün əvvəl təhvil verildiyi bildirilir


Oxunma sayı: 2432

Oxşar yazılar