Rus zabitin Avtomobili partladıldı: Ayağı amputasiya olundu

  • 19:16 - 24 İyul

 

 

 

 

Moskvada "Tayota Lənd Kruzer" (Toyota Land Cruiser) markalı avtomobil partlayıb, qadın və kişi yaralanıb.

Avropa .info xəbər verir ki, TASS sözügedən avtomobilin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə bölməsinin rəis müavini Andrey Torqaşova məxsus olduğunu bildirib.

Qeyd edilib ki, hadisə zamanı maşında rəis müavini və xanımı olub.

Partlayış onlar avtomobilə əyləşdiyi zaman baş verib. Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi vurğulanır. A.Torqaşov partlayış nəticəsində ayağını itirib, xanımı isə qəlpə yaraları alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Partlayış nəticəsində yaxınlıqdakı 5 maşına da ziyan dəyib.

Hazırda istintaq aparılır


Oxunma sayı: 2597

Oxşar yazılar