Azərbaycanın informasiya diplomatiyası istiqamətində ciddi uğuru: Şuşa Qlobal Media Forumu ciddi mesajlarla yadda qaldı - FOTO

  • 16:16 - 23 İyul

"Bu gün  beynəlxalq aləmdə baş verən geosiyasi proseslər fonunda  “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən  2-ci Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya diplomatiyası istiqamətində  ciddi uğuru kimi dəyərləndirilməlidir.  Çünki Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra  beynəlxalq aləmdə ciddi dezinformasiya müharibəsi ilə üzləşib. Məhz cənab Prezident İlham Əliyevin     Azərbaycan həqiqətlərinin  dünya çatdırılması istiqamətində  müəyyən etdiyi düzgün strategiya və qətiyyətli diplomatik fəaliyyət  nəticəsində ölkəmizə  yönəlik informasiya  müharibəsi cəbhəsində uğurlar əldə edilib.  İkinci Qarabağ savaşından sonra da  Azərbaycanın qələbəsini həzm edə bilməyən güclərin ölkəmizə qarşı informasiya siyasəti  başqa bir formada davam edib və etməkdədir.  Ölkə başçısının bu istiqamətdə müəyyən strategiya öz effektini verməkdədir. İkinci Şuşa Qlobal Media Forumu da bu strategiyanın tərkib hissəsidir. Forum həm Ermənistanın havadarları ilə törətdiyi vandalizm hərəkətləri, həm  işğaldan sonra həyata keçirilinə abadlıq-quruculuq işləri,  həm  Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması, həm  beynəlxalq münasibətlər sistemində, yeni dünya düzənində ba verən proseslərlə bağlı rəsmi Bakının dünyaya çatdırılması baxımdan mühüm əhəmiyyət kəsb etməklə informasiya savaşında əvəzssiz rol  oynayır.

Bunu Avropa.info-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Şahin İsmayılov  deyib.

Deputat bildirib ki, Şuşa Qlobal Media Forumu cənab Prezidentin   beynəlxalq aləmə, eyni zamanda  bölgəmizdə marağı olan güclər, Ermənistan və onun havadarlarına  verilən ciddi mesajlarla yadda qaldı:

"Cənubi Qafqazda ənənəvi ittifaqlar zəiflədiyindən yeni tarixi transformasiya prosesləri baş verir ki, bu da yeni əməkdaşlıq formatlarının yaranmasını zəruru edir. Bu formatı isə   Azərbaycan, Gürcüstan və Ermənistanın sıx əməkdaşlığından keçir. Ona görə də bu ölkələr indiyədək aralarında olan mübahisələrə son verməli və  bölgənin dayanıqlı  sülhün, inkişafın əldə olunası üçün addımlar atmalıdır.  Bunun üçün ilk növbədə İrəvanla Bakı arasında dayanıqlı sülhə xidmət edən sülh  sazişi imzalanmalıdır. 

Dayanıqlı sülhün  yolu isə İrəvanın Bakınən şərtlərinə uyğun şəkildə. konstitusiyaya dəyişiklik edilməsi, ATƏT MQ-nin  fəaliyyətindən imtina edilməsindən sonra mümkündür. Qarşıdurmalara son qoyularsa,  o zaman bölgə xalqları Baltik ölkələrində olduğu kimi özlərini təhlükəsizlik və güvənlik içərisində yaşa bilərlər. Bölgənin  sürətli inkişafı üşünsə böyük imkanlar və potensiallar mövcuddur. Onun üçün də ilk olaraq İrəvan xarici siyasətinə baxıb  vaxt itirmədən reallığa uyğun addımlar atmalıdır. İrəvan və onun havadarları Ermənistanın  davamlı inkişafında və regional əməkdaşlıqda  maraqlıdırsa Bakının dediklərini tez bir zamanda icra etməlidirlər.

Erməni lobbisi təsiri altında olan bəzi Avropa ölkələri, xüsusən də Fransa Azərbaycana qarşı qərəzli informasiya siyasətinə və soyuq müharibəyə son verməlidir. Bundan nə Ermənistan, nə də sonuc etibarı ilə Fransa qazanmayacaq. bu sadəcə bölgədə vəziyyəti gərginləşdirməyə xidmət edəcək ki, bundan da itirən yenə də ermənistan olacaq.

Dezinformasiya siyasətinin qurbanına  təkcə Azərbaycan və digər ölkələr deyil, eyni zamanda ABŞ prezidentləri də çevrilirlər. Ona görə də bu təhlükəli tendensiyalara son verilməlidir. Əks halda  bütün dünya bunun fəsadını yaşamalı olacaq və o zaman bunun fəsadlaırnı aradan qaldırmaq çox çətin olacaq.

Rusiya-Ukrayna müharibəsinin danıqşılar yolu ilə tənzimlənməsində Azərbaycan praktikası xüsusi rol oynaya bilər. Ən pis və əlverişsiz  sülh danışıqları  müharibədən yaxşıdır. Rusiya-Ukrayna müharibəsinin davam etməsi  təkc insani itki baxımdan deyil, həm də beynəlxalq münasibətlər sistemində  böhranı dərinləşdirir ki, bundana bütövlükdə dünya ölkələri əziyyət çəkir. Ona görə də  ən pis  şərtlər daxilində hərbi əməliyyatları dayandırıb   danıqşılar yolu ilə  problemin nizamlanmasına üstünlük vermək daha  yaxşıdır. 

Azərbaycan-Qərb münasibətləri baxımdan da Forum ciddi əhəmiyyət kəsb edir. Azərbaycanın yürütdüyü siyasət dünya birliyinə daha yaxından çatdırılmaqla regionda baş verən hadisələrə yanaşmalar müsbət istiqamətdə dəyişir. Bu səbəbdən də zaman keçdikcə Qərbdəki siyasi dairələrdə reallıqları dərk edirlər və nəticədə Avropa ölkələri Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Bunun nəticəsidir ki, Avropanın 9 ölkəsi Azərbaycanla strateji tərəfdaşlıq sənədi imzalayb.

Azərbaycan regionun digrə ölkələrindən fərqli olaraq satellit, “proksi” və ya vassal ölkə  deyil, müstəqil ölkədir. Bunun yürütdüyü siyasətlə sübut edib.

Azərbaycan İkinci qarabağ müharibəsindən sonra əldə etdiyi qələbəyə  deyil,  gələcəyə fokuslaşıb. Qələbə  yeganə geosiyasi dəyişiklik deyil. Azərbaycan yaratdığı geosiyasi reallıq və postmüharibə dövrünün  qaydalarına uyğun milli birlik ideyası ətrafında  addımlaırnı müəyyənləşdirəcək.

Neft-qaz sahəsində olduğu kimi, Azərbaycan qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə və təhlükəsizlik sisteminə "yaşıl enerji" sahəsində də öz töhfəsini verməyə hazırdır. Azərbaycan bu sahədə həm də qovşaq rolunu oynaya bilər.

Azərbaycan neokolonist siyasətdən əziyyət çəkən Okean ölkələrinə dəstək verib və bu siyasəti davam etdirəcək. Cənab Prezident bəyan etdi ki, Azərbaycan bu ölkələrə kömək etməklə keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər.

Fələstin-İsrail münaqişəsinin həlli və Yaxın Şərqdə sülhün təmin edilməsi baxımından iki dövlətli həll yolu yeganə çıxış yoludur. Fələstin dövlət qurmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır.

Yeni dünya düzənində Türk dövlətlərinin yeni güc mərkəzi kimi formalaşması  günün reallığıdır. bu baxımdan Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var.

Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün bütün türk dövlətlərinin ortaq səyləri lazımdır. necə deyərlər gücümüz bir olanda dəmir yumruğumuz da daha təsirli olur. cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. 

Əminəm ki, İkinci Şuşa Qlobal Media Forumu  həm Azərbaycan indiki dezinformasiya müharibəsi şəraitindən öz həqoqətlərini dünyaya çatdırılması, həm də beynəlxalq münasibətlər sistemində  mövqeyinin möhkəmlənməsi  baxımdan öz töhfəsini verəcək".


Oxunma sayı: 3136

Oxşar yazılar