Mətbuat günündə jurnalistlər mükafatlandırıldı - FOTO

  • 09:41 - 23 İyul

Beynəlxalq Qalereyada  layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu 22 İyul Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Media nümayəndələri və rəssamlar iştirak edirdilər. 

Avropa.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova qonaqları salamlayaraq 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etdi. Qarabağ müharibəsində Şəhid olan jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Elnurə İsgəndərova "Əkinçi" qəzetinin nəşr olunmasından ötən 149 il ərzində Azərbaycan mətbuatının inkişafından bəhs etdi. 

Təltif edilən media nümayəndələri  Xanoğlan Əhmədov, Dünyaxanım Əliyeva, Çingiz Abdullayev, Yeganə Telmanqızı, Yasəmən Məmmədova, Cəfər Cəfərov, Xatirə Məmmədova, Nahid Cavanşir oğlu, Rəsul Mirhəşimli Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuatımızın bugünki inkişafından söz açdılar, dövlət və ictimaiyyət səviyyəsində göstərilən qayğıya görə təşəkürlərini bildirdilər. 

Rəssamlar, ADPU-nun müəllimi Elçin Mayılov, ADRA - nın müəllimi Zinaida Mirzəzadə, Tofiqə Əliyeva, Gövhər Məmmədova, Günel İsmayılova, Əsmər Abdullazadə, Tamerlan Məmmədov, Səmayə Rzayeva İl boyu  vətənpərvər fəaliyyətinə görə bir qrup media nümayəndələri ilə birgə  ödül  və diplomlarla təltif olundular. 

Ödül alanlar sırasında Azərbaycanın Əməkdar artisti Səlim Abbasov vətənpərvərlik tədbirlərində  solo konsertinə görə təltif olundu. Səlim Abbasov çıxışında təşkilatçılara təşəkkür edib gözəl müsiqi nömrələri ilə çıxış etdi. 

Sonda xatirə fotoları çəkildi.

Aygün Oqtay,
Fotolar Camalındır

 


Oxunma sayı: 3246

Oxşar yazılar