Zərdabda milli mətbuatin 149 illiyi təntənəli qeyd olundu

  • 13:18 - 22 İyul

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Bu münasibətlə Rayon icra hakimiyyəti başçısı cənab Mərdan Camalzadə, YAP-nın Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, İcra başçısının müavini Xəyalə Veyisova, İcra Aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, KİV nümayəndələri mətbuatın banisi H.B.Zərdabinin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir iştirakçıları daha sonra H.B.Zərdabinin ev muzeyində olaraq, Zərdabinin həyat və yaradıcılığı ilə tanış olublar.
Muzeyin direktoru Vəfa Bayramova tədbir iştirakçılarına H.B.Zərdabi haqqında geniş məlumat verib.


Oxunma sayı: 4027

Oxşar yazılar