Kamala Harris:Trampi məğlub etmək üçün əlimdən gələni edecem

  • 08:54 - 22 İyul

Məlum olduğu kimi, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində vitse-prezident Kamala Harrisi dəstəklədiyini bəyan edib.

Avropa.info xəbər verir ki, Harris də bu açıqlamadan sonra öz fikirlərini bölüşüb.

O, şəxsi hesablarında Amerika xalqı adından Co Baydenə Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi qeyri-adi rəhbərliyinə və ölkəyə onilliklər boyu xidmət etdiyinə görə təşəkkür edib: “Prezidentin dəstəyini almaqdan qürur duyuram və mənim niyyətim bu namizədliyə layiq olmaq, onu qazanmaqdır.

Donald Tramp və onun “Layihə-2025” gündəliyini məğlub etmək üçün Demokratlar Partiyasını və millətimizi birləşdirmək üçün əlimdən gələn hər şeyi edəcəyəm”.

Daha sonra Harris ianə toplamaq məqsədilə onu dəstəkləyənlər üçün link yerləşdirib.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib


Oxunma sayı: 2751

Oxşar yazılar