Xankəndini leysan vurdu - Redaktorlar çətin durumda - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO

  • 18:42 - 21 İyul

Az öncə Xankəndi şəhərinə və ətrafına leysan yağışı yağıb.

Hazırda Xankəndidə olan "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu həmin anların görüntülərini çəkərək Musavat.com-a yollayıb.

Videoda onunla bərabər, avtomobildə olan digər redaktorların şərhlərini və reaksiyalarını da eşidə bilərsiniz.

Xatırladaq ki, hazırda Şuşada II Qlobal Media Forumu keçirilir.

Həmin Forum çərçivəsində Azərbaycanın və dünyanın bir sıra ölkələrinin tanınmış media rəhbərləri, təmsilçiləri Şuşa şəhərindədirlər. Azərbaycan və Türkiyə jurnalistləri Prezident İlham Əliyevin jesti ilə həm də Xankəndiyə buraxılıblar. Orada qalırlar, eyni zamanda məqamdan istifadə edərək yaradıcılıq fəaliyyəti ilə məşğuldurlar.

Avropa.info həmin görüntüləri təqdim edir:


Oxunma sayı: 2630

Oxşar yazılar