“Buna görə qardaşım Əliyevə təşəkkür edirəm” - Ərdoğan

  • 14:58 - 20 İyul

Nə biz “oldu, bitdi”lərə icazə verəcəyik, nə də Kıbrıs türk xalqı təhdidlərə boyun əyəcək. Adanın qədim və əsl ünsürü Kıbrıs türklərinin yox sayılması mümkün deyil. KKTC-nin tanınması, iki dövlətli çözümün həyata keçirilməsinə yönəlmiş səylərimizi qərarlı şəkildə davam etdiririk. Şuşada təşkil edilən TDT-nin qeyri-rəsmi zirvəsində Prezident Ərsin Tatarın iştirakı buna misaldır. Bu prosesdə göstərdiyi mətanətə görə Azərbaycan Prezidenti qardaşım Əliyevə bir daha təşəkkür etmək istəyirəm.

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kıbrıs Barış Hərəkatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə deyib.


Oxunma sayı: 3004

Oxşar yazılar