Futbolçu Arda Turanın anası həbs olundu

  • 21:20 - 19 İyul

Türkiyəli futbolçu Arda Turanın anası Yüksel Turan “tikinti çirklənməsinə səbəb olmaq” ittihamı ilə 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Avropa.info xəbər verir ki, o, evində qanunsuz tikinti aparmaq ittihamı ilə mühakimə olunub.

Bayrampaşa Bələdiyyəsi tərəfindən aparılan araşdırmalarda zirzəmi, 1, 2 və 3-cü mərtəbələrdən ibarət binada yaşayış olduğu halda xanım Turanın tikiliyə qeyri-qanuni çardaq əlavə etdiyi müəyyən edilib. Ona 5 il müddətinə həbs cəzası istənilsə də, məhkəmənin qərarı ilə 10 ay azadlıqdan məhrum edilib.


Oxunma sayı: 2894

Oxşar yazılar