Kürdəmirdə sürücü qadın sərnişini döyüb

  • 11:30 - 19 İyul

Kürdəmirdə sürücü 69 yaşlı qadını döyərək üzərindəki pulunu alıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, hadisə Karrar kəndi ərazisində qeydə alınıb.

Naməlum şəxs idarə etdiyi avtomobillə Sığırlı kəndi ərazisindən Kürdəmir şəhərinə aparmaq üçün sərnişin qismində götürdüyü 1955-ci il təvəllüdlü Tubu Musa qızı Kərimovanı döyüb hədələyərək üzərində olan 50 manat pulu alıb və ona qarşı digər qanunsuz hərəkətlər edib.

Faktla bağlı araşdırma aparılır


Oxunma sayı: 2916

Oxşar yazılar