Paşinyan və komandası gedir - Ermenistana kim başçılıq edəcək -ARAŞDIRMA

  • 15:42 - 17 İyul

Ermənistanın yüksək rütbəli məmurlarının eyni anda tətilə çıxması ölkədə birmənalı qarşılanmayıb. 

Avropa .info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Belə ki, Baş nazir Nikol Paşinyan iyulun 15-dən avqustun 10-dək məzuniyyətə çıxıb.

Hazırda baş nazirin müavini Mqer Qriqoryanın da 9 günlük məzuniyyətə çıxdığı bildirilir. Həmçinin ölkənin xarici işlər naziri Ararat Mirzoyan da 22 iyula kimi tətildədir.

Milli Assambleyanın spikeri Alen Simonyan isə iyulun 16-dan avqustun 5-dək tətilə çıxıb. Onu iyulun 16-22 tarixlərində vitse-spiker Ruben Rubinyan, iyulun 23-dən avqustun 5-dək isə digər vitse-spiker Akop Arşakyan əvəzləyəcək.

İddialara görə, məzuniyyət çərçivəsində Paşinyan və komandasının Avropa Siyasi Birliyinin 4-cü Sammitində iştirak etmək üçün Londona səfər edəcəyi deyilsə də, əslində, reallıq fərqlidir. Belə ki, baş nazir və ailəsi builki tətili Böyük Britaniyada, daha dəqiq desək, Şotlandiyada keçirmək qərarına gəliblər.

Erməni KİV yazır ki, ölkənin əsas siyasi simalarının məzuniyyəti getməsi fonunda Ermənistan bir müddət “başsız” qalacaq


Oxunma sayı: 25169

Oxşar yazılar