32 il əvvəl şəhid olan beş döyüşçü Xocalıda dəfn edildi - FOTO

  • 13:56 - 11 İyul

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri dəqiqləşdirilmiş daha beş şəhidin cəsədlərinin qalıqları Xocalı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Avropa.info APA-ya istinadən xəbər verir ki, Xocalı faciəsi zamanı itkin düşən Məmişov Şahin Talış oğlu, Paşayev Ələddin Bəhlul oğlu, Qarayev Usubəli Süleyman oğlu, Şahmuradov Nemət Musa oğlu və Usubov Zakir Kamran oğlu uğrunda döyüşərək şəhid olduqları doğma yurdlarında torpağa tapşırılıb

Dəfn mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, məzarına tər güllər düzülüb, əklil qoyulub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb.

 

 


Oxunma sayı: 5193

Oxşar yazılar