Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilib - YENİLƏNİB - FOTO

  • 20:37 - 10 İyul

İyulun 10-da Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə görüş keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi və iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı danışıqlara başlanılıb. Görüş Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə keçirilib", - XİN-in məlumatında deyilir.

Qeyd edək ki, NATO-ya üzv 32 ölkə, tərəfdaş ölkə və Avropa İttifaqının iştirakı ilə keçirilən NATO sammiti iyulun 9-da ABŞ-ın paytaxtı Vaşinqtonda başlayıb və iyulun 11-dək davam edəcək.

"Ukrayna və Transatlantik Təhlükəsizlik" mövzusunda keçirilən tədbir həm də NATO-nun 75 illiyinə həsr olunub.

08:45

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, onun ermənistanlı həmkarı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-də səfərdədir.


Oxunma sayı: 7371

Oxşar yazılar