Musiqili Teatr mövsümünə “O olmasın, bu olsun”la yekun vuracaq - FOTO

  • 21:51 - 10 İyul

19 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsrlərə meydan oxuyan  "O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunacaq və bununla da teatrın 114-cü mövsümünə yekun vurulacaq.

Qeyd edək ki, teatrın repertuarında yeni quruluşda (1998-ci ildən) təqdim olunan bu tamaşanın rejissoru "Şöhrət" ordenli Xalq artisti Cənnət Səlimovadır.
Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Məmmədova, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır. 

Rollarda Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Şaban Cəfərov, Hüseyn və Gültac Əlili, Təranə Əliyeva, eləcə də xor və balet artistləri çıxış edirlər. 

Bu mövsümün son tamaşasına baxmaq istəyənlər biletləri şəhərimizin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “lticket.az” saytından əldə edə bilərlər.

 

 

 

 

 

 

 

Avropa.info


Oxunma sayı: 5534

Oxşar yazılar