Sumqayıtda fəhlələr qazdan zəhərləndi

  • 09:48 - 09 İyul

Sumqayıtda 3 fəhlə qazdan zəhərlənib.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə Stansiya Sumqayıt ərazisində yerləşən istehsalat müəssisələrinin birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1989-cu il təvəllüdlü Heydərov Rəşad Şahvələd oğlu, 1992-ci il təvəllüdlü Talıbov Valeh Balaş oğlu və Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Talıbov Anar Mütəllim oğlu fəhlə işlədikləri müəssisədə istehsalat qazından zəhərləniblər.

Fəhlələr dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.


Oxunma sayı: 5303

Oxşar yazılar