Sinan Oğan: "Qərbi Azərbaycandan qovulan nəslin övladıyam"

  • 17:33 - 08 İyul

"Mən Qərbi Azərbaycandan 100 il əvvəl qovulmuş bir nəslin övladıyam".

Avropa.info axar.az-a istinadən bildirir ki, bu sözləri türkiyəli siyasətçi, sabiq millət vəkili Sinan Oğan "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.

"Vətən müharibəsində canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. 100 il əvvəl dünyadakı ən cox məscidin olduğu şəhər İrəvan idi. Dünyada ən çox məscid nə Səudiyyə Ərəbistan, nə də başqa dövlətdə idi. Bu gün Ermənistan adlanan torpaqlarda idi.

Ancaq təəssüf ki, ata-babalarımıza qarşı qətliam törədilib, onlar işgəncələrə məruz qalıblar. Əvvəlcə Çar Rusiyasının, daha sonra ingilis, fransız və Sovetlər Birliyinin dəstəyi ilə oradan deportasiya ediliblər", - o vurğulayıb.

Sinan Oğan onu da qeyd edib ki, ermənilər tərəfindən işğal edilmiş torpaqlar Azərbaycan Ordusunun və Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasəti və qəhərmanlığı sayəsində yenidən Ana vətən Azərbaycana geri qaytarılıb.


Oxunma sayı: 5589

Oxşar yazılar