Gəzinti zamanı bədbəxt HADİSƏ: Futbolçular itkin düşdülər

  • 10:37 - 08 İyul

Mərakeşin "İttihad Tanjer" klubunda çıxış edən iki futbolçusu Mdik şəhərində itkin düşüb.

Avropa .info oxu.az-a istinadla xəbər verir ki, onlar yaxtada gəzinti zamanı bədbəxt hadisə ilə üzləşiblər.

5 futbolçu - Üsamə Alfa, Suleyman Dadu, Abdulhəmid Maali, Salman Harrak və Abdullətif Ahrif bir gün əvvəl Mdik şəhərində yaxta kirayələyərək dəniz gəzintisinə çıxıb. Onlar üzmək üçün suya tullandıqdan sonra güclü külək gəmini uzağa aparıb. Nəticədə futbolçular yaxtaya çata bilməyiblər.

İtkin düşən oyunçulardan 3-nü xilas etmək mümkün olsa da, Harrak və Ahrif haqqında heç bir məlumat yoxdur.


Oxunma sayı: 8207

Oxşar yazılar