Xərçəng riskini artırır - Mütəxəssisdən xəbərdarlıq

  • 22:05 - 05 İyul

Uzun müddət günəş altında qalmaq xərçəng riskini artırır.

Bu barədə türkiyəli Dos. Dr. Mustafa Tosun bildirib.

Mütəxəssis krem seçimində də diqqətli olmağımızı deyib:

“Krem seçərkən tanınmış markalara üstünlük verilməlidir. İnternetdə satılan saxta kremlərdən uzaq durun. Son illərdə günəşlə birlikdə dəri xərçəngi də artıb. Günəşin dəri xərçənginə təsiri, günəşlə əlaqəli ləkələr və yaşlanma kimi yan təsirlər meydana gələ bilər.

Qış aylarında günəşdən qorunmaq vacibdir, lakin yay aylarında daha da vacibdir. Günəş şüaları səhər saat 10:00-16:00 arasında düzgün bucaq altında dünyamıza çatır. Bu saat ərzində mümkün qədər çölə çıxmaqdan çəkinin. Çölə çıxsanız, çıxmamışdan yarım saat əvvəl günəş kremi istifadə etməli və hər üç saatdan bir yenidən günəş kremi sürtməlisiniz. Çünki günəş kremlərinin müəyyən qorunma müddəti var. Yaşlı insanlar və uşaqlar günəşdən qorunmalıdırlar. Yanıqlar, xüsusən də uşaqların günəşə həddindən artıq məruz qalması gələcəkdə xərçəngə səbəb ola bilər.

Dermokosmetik markalar günəşdən qoruyucu vasitələrdə vacibdir. Təbii ki, dəri tipinizə uyğun krem seçmək də çox önəmlidir. Tövsiyə etdiyimiz kremlər günəş yanığı sonrası istifadə edilməlidir. İctimaiyyət arasında məlum olan qatıq və buz səpilməsi gözlənilməz nəticələr verə bilər”.//Medicina.az


Oxunma sayı: 1794

Oxşar yazılar