Nyu-Yorkda sərxoş adam avtomobilini parkın içinə sürüb: Ölənlər və yaralananlar var

  • 22:35 - 05 İyul

Nyu-Yorkda sərxoş adam avtomobilini parkın içinə sürüb.

Avropa.info xəbər verir ki, məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Nyu-York şəhərinin yanğınsöndürənləri üç dəqiqə sonra hadisə yerinə çatıblar və dörd nəfəri boz rəngli "Ford F-150" pikapın altında qaldığını aşkar ediblər.

Hadisə nəticəsində iki nəfər yerindəcə ölüb, iki nəfərin vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır. Daha iki nəfər həyatı üçün təhlükə olmayan xəsarətlər alıb. İlkin məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında ana və iki azyaşlı övladı da var.


Oxunma sayı: 1761

Oxşar yazılar