Keir Starmer rəsmən Britaniyanın yeni baş naziri oldu

  • 20:31 - 05 İyul

Leyboristlər Partiyasının lideri Keir Starmer Kral III Çarlzla Bukingem sarayında görüşdən sonra rəsmi şəkildə Böyük Britaniyanın 58-ci baş naziri olub.

Avropa.info xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

"Kral III Çarlz Keir Starmeri dünənki böyük səs-küylü seçki qələbəsindən sonra baş nazir olmağa və yeni hökuməti formalaşdırmağa dəvət etmişdi", - xəbərdə deyilir.

Beləliklə, Böyük Britaniyada mühafizəkarların 14 illik hakimiyyəti başa çatıb.

Böyük Britaniyanın bundan əvvəlki baş naziri və ölkənin Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak parlament seçkilərinin nəticələrinə görə bu gün vəzifəsini tərk edib.


Oxunma sayı: 2069

Oxşar yazılar