Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü

  • 19:30 - 05 İyul

Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb.

Avropa.info lent.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb.

Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb.

G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.

Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Oxunma sayı: 1915

Oxşar yazılar