Alen Simonyandan SON DƏQİQƏ sülh AÇIQLAMASI

  • 17:32 - 05 İyul

Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı ilə sülh sazişinin bağlanmasının gecikdirildiyi fikri ilə razılaşmayıb.

Avropa.info xəbər verir ki, bu barədə spiker ABŞ Konqresinin nümayəndə heyətinin üzvləri ilə birgə mətbuat konfransında danışıb.

O, prosesin davam etdiyini bildirib və bu məsələdə uğura ümidini vurğulayıb.

Bundan əlavə, spiker brifinqdə bildirib ki, Ermənistan Rusiyada səfiri Vaqarşak Arutyunyanı dəyişdirəcək.

"Yəqin ki, mediadan bilirsiniz ki, tezliklə Rusiyada yeni səfirimiz olacaq. Namizəd artıq təqdim edilib və biz təyinatı gözləyirik", - deyə Simonyan qeyd edib.

Lakin siyasətçi Rusiyada səfir vəzifəsinə namizədin adını açıqlamayıb.


Oxunma sayı: 1893

Oxşar yazılar