Filarmoniyada korrupsiyaya qarşı əməliyyat keçirildi - Murad Adıgözəlzadə saxlanılıb (YENİLƏNİB)

  • 08:34 - 05 İyul

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama aparılıb.

Bu barədə Avropa.info-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək: "Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".

Qeyd edək ki, bu gün yayılan məlumata görə, yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsi - o cümlədən qurumun direktoru, xalq artisti Murad Adıgözəlzadə saxlanılıb.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yoxlama həyata keçirib.

Yoxlama zamanı Filarmoniyanın bir neçə vəzifəli şəxsinin izahatının alındığı, habelə direktor, xalq artisti Murad Adıgözəlzadənin saxlanıldığı bildirilir. Saxlanılanların arasında Filarmoniya direktorunun müavini Ayla Kərimovanın da adı hallanır.

Avropa.info xəbər verir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasının mətbuat xidmətinin əməkdaşı Cəmilə Abdinzadə Nyus24.az-a açıqlamasında məlumatları təkzib edib:

“Yoxlamalar sadəcə bəzi sənədlər üzərində aparılıb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının heç bir əməkdaşı saxlanılmayıb. Murad bəy də işinin başındadır. Dünən konsertimiz olub, həmin konsertdən fotolar belə var”.

Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru xalq artisti Murad Adıgözəlzadədir. O, Azərbaycanı 2009-cu ildə Moskva şəhərində keçirilən 54-cü Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş Aysel Teymurzadənin həyat yoldaşıdır


Oxunma sayı: 1629

Oxşar yazılar