Zelenskidən Putinə sürpriz: Masaya çağırır!

  • 23:18 - 04 İyul

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ikinci sülh konfransına dəvət edilə bilər.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Blumberq"ə müsahibəsində deyib.

O bildirib ki, əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir.

Qeyd edək ki, Ukrayna ilə bağlı birinci sülh konfransı 15-16 iyunda İsveçrədə keçirilib və Rusiya tədbirə dəvət edilməyib.


Oxunma sayı: 2740

Oxşar yazılar