İki general ehtiyata buraxıldı - ADLAR

  • 16:30 - 04 İyul

Azərbaycan Respublikasının Silhalı Qüvvələrinin iki generalı tutduqları vəzifədən azad olunaraq ehtiyata buraxılıblar.

Trend-in əldə etdiyi məlumata görə, bu barədə müvafiq sərəncam imzalanıb.

Onlar Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminovdur.

Trend-ə məlumatı Müdafiə Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə sərəncam ilə general-leytenant rütbəsi verilmişdi.


Oxunma sayı: 2124

Oxşar yazılar