Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti bu gün Bakıya gəlir

  • 09:59 - 04 İyul

Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Bakıya səfər edəcək.

Avropa.info-nun məlumatına görə, KKTC Prezidenti iyulun 5-6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək.

Ersin Tatarın müxtəlif səviyyədə görüşlər keçirəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Eyni zamanda, tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.


Oxunma sayı: 1508

Oxşar yazılar