YAP seçki qərargahı yaratdı

  • 12:11 - 03 İyul

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib.

Avropa.info xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilib.

Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının yaradılıb və onun tərkibinin təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.


Oxunma sayı: 1475

Oxşar yazılar