Səftər Məmmədzadə: “Erməni ilə döyüşüm böyük əhəmiyyət kəsb edirdi”

  • 10:34 - 03 İyul

"Avropa birinciyinə yüksək səviyyədə hazırlaşmışdıq".

Avropa.info xəbər verir ki, Azərbaycan yığmasının yeniyetmə boksçusu Səftər Məmmədzadə (+80 kq) deyib.

Bosniya və Herseqovinada keçirilən Avropa birinciliyini gümüş medalla başa vuran idmançı bildirib ki, çempionatda bütün görüşlər çətin keçib: "Yarımfinalda erməni boksçuya qarşı döyüşüm böyük əhəmiyyət kəsb edirdi. İlk raundda onu nokdauna da saldım. Yekunda 5:0 hesabı ilə qazanıb, finala yüksəldim. Həmin ermənini ötənilki birincilikdə də məğlub etmişdim. Finalda isə rusiyalı boksçuya uduzdum. Məşqçilərlə buraxdığım səhvlərimi müzakirə edəcəyik. Növbəti ildə keçiriləcək dünya və Avropa çempionatlarında qələbə hədəfləmişəm".

Qeyd edək ki, Səftər həlledici döyüşdə rusiyalı Rüstəm Həsənova uduzub.


Oxunma sayı: 1552

Oxşar yazılar