Azərbaycanda ağır qəza: iki nəfər ölüb, 5 yaralı var - ADLAR

  • 09:53 - 03 İyul

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Avropa.info APA-ya istinadən bildirir ki, həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynov Nizami İsa oğlu və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini, Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü, Beynələqan rayon sakini Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini, Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.

Qəza nəticəsində xəsarət alan şəxslər Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Onların həyatı təhlükəsinin olmadığı deyilir.

Qəzanın baş vermə səbəbləri araşdırılır.


Oxunma sayı: 1365

Oxşar yazılar