Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib - Ölən var

  • 13:43 - 02 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info-nun məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Belə ki, Salmanov Ramiz Çingiz oğlu etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, 10-GK-901 dövlət qeydiyyat nişanlı avtomaşınla səki ilə piyada hərəkət edən, 1962-ci il təvəllüdlü Muradov Əhməd Arif oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzində ölüb.


Oxunma sayı: 1750

Oxşar yazılar