Ermənistanda fövqəladə vəziyyət: Polis hərəkətə kecdi

  • 11:50 - 02 İyul

Ermənistan polisinə Şirak hava limanına bomba qoyulması barədə məlumat daxil olub.

Avropa.info xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”-a ölkənin Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda polis qüvvələri hadisə yerindədir, eyni zamanda, hava limanının ərazisi mühasirəyə alınıb”, - deyə Sarkisyan bildirib.

Shamshyan.com cinayət xronikası saytının məlumatına görə, hava limanının əməkdaşları təxliyə edilib. Hazırda hadisə yerində Ermənistan Daxili İşlər Nazirliyinin Gümrü Xilasetmə Xidmətinin yanğınsöndürənləri və istehkamları işləyir.

Faktla bağlı Gümrü polisi müvafiq materiallar hazırlayır


Oxunma sayı: 2322

Oxşar yazılar