Azərbaycan Ordusunun zabiti vəfat edib - YENİLƏNİB - FOTO

  • 11:10 - 01 İyul

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

***09:57

Goranboyda 40 yaşlı Yardımlı sakini dünyasını dəyişib. 

Avropa.info unikal-a istinadən xəbər verir ki, hadisə Safıkürd kəndində keçirilən toy mərasimində baş verib.

1984-cü il təvəllüdlü Yardımlı sakini Şərbətov Pərviz Əliqulu oğlunun toy məclisində vəziyyəti qəfil pisləşib və o ölüb.

Əldə edilən məlumata görə, ürəktutmasından ölən şəxs hərbçidir.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 1222

Oxşar yazılar