Bakıda 17 yaşlı gənc qətlə yetirilib

  • 20:01 - 26 İyun

Hadisə 15:22, 26 iyun 2024, 852

Bakıda DƏHŞƏT: İki nəfər birləşib 17 yaşlı oğlanı öldürdü



Nəsimi rayon prokurorluğundan Bakuinfo.net-ə verilən məlumata görə, iyunun 26-da gecə saat 02 radələrində bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində 2008-ci il təvəllüdlü Mehman Nəsibov və Əli Vəliyevin (ad və soyad şərti olaraq verilib) aralarında yaranmış mübahisə zamanı birləşib 2007-ci il təvəllüdlü Azər Məmmədova (ad və soyad şərti olaraq verilib) bıçaqla xəsarətlər yetirib onu öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mehman Nəsibov və Əli Vəliyev (ad və soyad şərti olaraq verilib) polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır


Oxunma sayı: 3015

Oxşar yazılar