3 polis belə qətlə yetirilib – Rövşən paltarını dəyişmək adi ilə evə girib, sonra...

  • 12:19 - 24 İyun

Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib, 3 polisi, bir mülki şəxsi qətlə yetirib.

Avropa.info Gununsesi.info-ya istinadən xəbər verir ki, onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.

Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.

Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.

Qeyd edək ki, R.Allahverdiyev dələduzluq maddəsi ilə axtarışda olub. Onun bir müddət Türkiyədə yaşadığı da bildirilir.


Oxunma sayı: 2520

Oxşar yazılar