Netanyahunun müsahibəsi buna görə ləğv edildi

  • 20:33 - 21 İyun

Dünən İsrail baş naziri Benyamin Netanyahunun televiziya müsahibəsi təcili təhlükəsizlik toplantısı səbəbindən ləğv edilib.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin iştirakı ilə kiçik təhlükəsizlik kabinetinin yaradılmasına razılıq verib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu bir müddət öncə hərbi kabineti buraxdığını elan etmişdi.


Oxunma sayı: 2256

Oxşar yazılar