Rayonlara leysan yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA

  • 10:05 - 21 İyun

İyunun 21-i saat 9:00-a olan məlumata əsasən Azərbaycanda iyunun 20-si günün ikinci yarısından başlayaraq əksər rayonlarda hava şəraiti dəyişib, yağıntılı və güclü küləkli hava şəraiti müşahidə olunub.

Bu barədə Avropa.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər rayonlarda müşahidə olunan güclü qərb küləyi gecə saatlarından tədricən zəifləyib. Bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.


Oxunma sayı: 2102

Oxşar yazılar