Qazidən rüşvət istəyən həkim xəstəxananın şöbə müdiri imiş - VİDEO

  • 12:35 - 21 İyun

Doğum evində rüşvət qalmaqalı... Sosial şəbəkədə yayılan bir görüntüdə atadan "şirinlik" tələb olunduğu bildirilir.

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evinin baş həkimi Kəmalə Heydərova “Xəzər Xəbər”ə açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqlədi.

Videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şövə müdiri olduğunu dedi.

Baş həkim deyir ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.

TƏBİB-dən isə bildirildi ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.


Oxunma sayı: 2421

Oxşar yazılar