Qırğızıstanda faciə:6 uşaq suda boğularaq öldü

  • 08:34 - 21 İyun

 

Qırğızıstanda avtomobilin gölə düşməsi nəticəsində 4-9 yaş arası 6 uşaq ölüb.

Avropa info xəbər verir ki, bu barədə ölkənin Çuy vilayətinin Daxili İşlər İdarəsindən məlumat verilib.

"Çuy vilayətinin Jiyıl rayonunda, Altın kəndi yaxınlığında içərisində 8-i uşaq olmaqla 11 nəfərin olduğu "Volkswagen" markalı avtomobil gölə düşüb", - idarənin nümayəndəsi bildirib.

İlkin məlumata görə, sürücü idarəetməni itirib.

"Hazırda iş araşdırılır", - Daxili İşlər İdarəsi əmin edib


Oxunma sayı: 1893

Oxşar yazılar