Ərdoğan Putinlə görüşə hazırlaşır: masada nələr var?

  • 16:30 - 20 İyun

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Avropa.info axar.az-a istinadən bildirir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, Akkuyu AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalında kürd bölgələrindəki qondarma seçkilər kimi məsələlər daxil ola bilər.

Qeyd edək ki, daha öncə də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iki liderin Astanada görüşə biləcəyi barədə məlumat verib.


Oxunma sayı: 2773

Oxşar yazılar