Kürdəmir sakinini həyətində güllələdilər

  • 15:32 - 20 İyun

Kürdəmirdə güllələnmə hadisəsi baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Carlı kəndində qeydə alınıb.

Kənd sakini Xalid Abdullayev gecə saat 00:10 radələrində həmkəndlisi Rüstəm Məmmədovun yaşadığı evə gedib.

O, Rüstəmin həyətində tüfəngdən atəş açaraq ona xəsarətlər yetirib.

Bildirilir ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktl bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.


Oxunma sayı: 2872

Oxşar yazılar