Milli Məclisin deputatından "Azercell"ə SƏRT SÖZLƏR: "Sən İrancell deyilsən!" - Cavab GECİKMƏDİ

  • 00:03 - 19 İyun

Milli Məclisin deputatı və Vətəndaş Həmrəyliyinin sədri Sabir Rüstəmxanlı "Azercell"i sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Sabir Rüstəmxanlı bu barədə Facebook sosial şəbəkə profilində paylaşımında yazıb.

"Hörmətli Azərcell! Mən İranda deyiləm! Azərbaycanda, Yardımlıdayam! Sən hansı haqla və məsuliyyətsizliklə mənim telefonuma “İrana xoş gəlmisiniz…” mesajı göndərirsən? Sən axı Azərsellsən, İrancell deyilsən!" - deputat bunları yazıb.

Qeyd edək ki, S.Rüstəmxanlının bu iradına "Azercell"in cavabı gecikməyib. Deputatın həmin paylaşınına rəydə "Azercell" bu məsələyə aydınlıq gətirib.

Avropa.info "Azercell"in Sabir Rüstəmxanlının yazdıqlarına cavabını təqdim edirik:  

"Hörmətli Sabir müəllim,

Nəzərinizə çatdırırıq ki, telekommunikasiya rabitəsi radiosiqnallar vasitəsilə həyata keçirilir. Bu səbəbdən də, sərhədyanı bölgələrdə qonşu ölkənin mobil rabitə operatorlarının siqnallarının təsir zonasına düşdükdə, rouminq xidməti açıq olan və şəbəkə seçilməsi avtomatik sazlanan telefon cihazları digər ölkənin mobil operatorunun şəbəkəsinə qoşula bilər. Ölkə daxilində (xüsusən də sərhədyanı bölgələrdə), həmçinin də rouminqdən istifadə edərkən müvafiq telefon cihazında şəbəkə seçilməsini qeyri-avtomatik üsulla sazlanması tövsiyə edilir. Eyni zamanda bildiririk ki, abunəçilər sərbəst şəkildə xidmətdən istifadə həddi və tarixçəsi barədə, həmçinin mobil telefon cihazında mövcud olan tətbiqlərlə bağlı, istifadə etdikləri ağıllı mobil telefonun ("smartphone") funksiyaları vasitəsilə məlumat əldə edə və istifadə imkanlarını müstəqil şəkildə idarə edə bilərlər. Abunəçinin mobil telefon nömrəsindən istifadə etdiyi ərazinin təsbit edilməsi, GPS koordinatlarının təqdim edilməsi kimi xidmətin göstərilməsi “Azercell Telekom” MMC tərəfindən nəzərdə tutulmamışdır. “Azercell Telekom” MMC tərəfindən, internet brauzerlərdən və ya hər hansı sosial şəbəkələrlə əlaqədar hər hansı məhdudiyyət qoyulması və ya müdaxilənin edilməsi mümkün deyil, müvafiq tətbiqlərdən (o cümlədən internet brauzer, "messenger", sosial şəbəkə və s.) istifadə üçün, yalnız mobil internet şəbəkəsi təmin edilir, onlardan istifadə zamanı baş verən hallara görə cavabdehlik daşınmır. İstifadə zamanı qarşılaşdığı hallarla bağlı abunəçilər sual və mülahizələri ilə əlaqədar müvafiq tətbiqlərin proqram təminatçısına müraciət edə bilərlər. Məlum olduğu kimi, ağıllı mobil telefonlarda ("smartphone") mövcud olan əməliyyat sistemləri telefon yerləşdiyi bölgəyə görə müvafiq tip məlumatlar internet vasitəsilə təmin edir. Yəni abunəçi tərəfindən yüklənən və yaxud telefonun öz yaddaşında olan müvafiq proqram təminatı abunəçinin olduğu yeri nəzərə alaraq, öz xəritəsi əsasında coğrafi ad, hava, saat qurşağı və digər məlumatları internet üzərindən telefonda əks olunmasını təmin edir. Müvafiq proqram təminatının abunəçinin olduğu yerin dəqiqliklə müəyyən edilməsində hər hansı xətanın olub-olmamasını, istifadə edilən xəritələrdə coğrafi adların, saat qurşağının yanlış və ya düzgün əks olunub-olunmaması, hava və sair məlumatların, o cümlədən hava haqqında proqnozların mötəbərliyinin hər hansı operatorun telekommunikasiya şəbəkəsinə aid edilə bilməz.

Xahiş edirik nəzərə alasınız."


Oxunma sayı: 3961

Oxşar yazılar