Qəbul imtahanının 2-ci cəhdində iştirak üçün qeydiyyat müddəti UZADILDI

  • 23:17 - 14 İyun

Qarşıdan gələn bayram günləri ilə əlaqədar I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat müddəti 19 iyun saat 23:59-dək uzadılıb.

Avropa.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçirlər və müvafiq qaydada ödəniş (sistem tərəfindən avtomatik istifadəçiyə məlumat verilir) edirlər.

2-ci cəhd üzrə qeydiyyat zamanı I və ya III ixtisas qrupunu seçən abituriyentlər 1-ci cəhd üzrə olduğu qaydada öz istəklərinə uyğun olaraq müvafiq ixtisas qrupu üzrə altqruplardan birini, yaxud hər ikisini seçə bilərlər.

14 iyun saat 15:30-a olan məlumata əsasən, I ixtisas qrupu üzrə 14926, II ixtisas qrupu üzrə 13059, III ixtisas qrupu üzrə 15514, IV istisas qrupu üzrə isə 3984 abituriyent qeydiyyatdan keçib.

İmtahanda yalnız göstərilən tarixədək qeydiyyatdan keçən abituriyentlər iştirak edə bilərlər.


Oxunma sayı: 1673

Oxşar yazılar