Bakıda heroin satan şəxs saxlanildi

  • 10:34 - 14 İyun

 

facebook sharing button
twitter sharing button
odnoklassniki sharing button
vk sharing button
sharethis sharing button

 

Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinə Bayıl qəsəbəsində bir nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.Avropa.info DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə həmin şəxs – 1994-cü il təvəllüdlü Məhəddin Hüseynov saxlanılıb. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 31 büküm psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkarlanıb.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. M.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır


Oxunma sayı: 3510

Oxşar yazılar