Paşinyan: Lukaşenko prezident olduğu müddətdə heç bir rəsmi nümayəndəmiz Belarusa getməyəcək

  • 15:30 - 13 İyun

Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Avropa.info APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

"Bəyan edirəm ki, bu andan etibarən Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək", - Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.


Oxunma sayı: 2883

Oxşar yazılar