Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI: Naxçıvanla sərhəddə atışma - Ermənistan atəşkəsi pozdu

  • 11:29 - 13 İyun

İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Avropa.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb", məlumatda deyilir.


Oxunma sayı: 2872

Oxşar yazılar