Azərbaycanda RƏZALƏT: Boğazına ip bağlayıb, qayınanasının ayağını öpdürdülər

  • 13:29 - 13 İyun

Gədəbəydə həmkəndlisini alçaldan şəxslər saxlanılıblar.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində qeydə alınıb.

Belə ki, iyunun 1-i saat 15 radələrində rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyərək boğazına ip keçirib.

Daha sonra N.Kazımovu dartaraq kənd ərazisində gəzdirib və S.Əliyevin qayınanasının ayağından zorla öpdürərək əzab veriblər.

İlkin məlumata görə, həmin kəndin sakini olan 1998-ci il təvəllüdlü Ü.Qasımov (şərti) həmkəndlisinin həyat yoldaşına sevgi mesajı yazıb.

Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.


Oxunma sayı: 2674

Oxşar yazılar