Sülh və təhlükəsizlik hüququna dair elektron kitab hazırlanır

  • 11:47 - 12 İyun

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Təhlükəsiz yaşamaq hüququnun təminatı” adlı layihənin icrasına başlanılıb. 2 ay müddətinə Bakı şəhərində icra olunacaq layihənin məqsədi təhlükəsiz və sülh şəraitində yaşamaq hüququna töhfə vermək üçün onlayn hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsidir. 

Bu barədə Avropa.info-ya AİM-in mətbuat və informasiya xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, sülh hüququ və təhlükəsiz yaşamaq hüququnun təminatı üzrə beynəlxalq tənzimetmə bu gün Cənubi Qafqazda, xüsusilə Ermənistan və Azərbaycan arasında etimad mühitinin yaradılmasında, işğaldan azad olunmuş ərazilərimizdə təhlükəsiz yaşamaq hüququnun təminatında mühüm əhəmiyyətə malikdir.

Layihə çərçivəsində “Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitabın hazırlanması və vəsaitin internet üzərindən yayımlanması nəzərdə tutulur. Özündə beynəlxalq və milli hüquqi bilgiləri əks etdirən elektron kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Səyyad Məcidov, elmi redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Mətanət Əsgərovadır.

Layihənin icrası nəticəsində işğaldan azad olunmuş ərazilərimizin sakinləri internet üzərindən sülh və təhlükəsiz yaşamaq hüququ üzrə elektron kitab əldə edəcəklər. Kitabın eyni zamanda, ingilis dilində də dərc olnması nəzərdə tutulur. Bu isə ümumilikdə həm region ölkələrinin, həm də qlobal anlamda hər kəsin Cənubi Qafqazdakı sülh prosesləri və onun hüquqi əsasları barədə məlumat əldə etmələrinə şərait yaradcaq.


Oxunma sayı: 1508

Oxşar yazılar