Ölkə bu xəbərlə ÇALXALANIR: Vitse-prezidentin olduğu təyyarə YOXA ÇIXDI - FOTO

  • 13:29 - 11 İyun

Şərqi Afrika ölkəsi Malavidə vitse-prezident Saulos Çilimanı daşıyan hərbi təyyarə radardan itib. 

Avropa.info xəbər verir ki, Çilima ilə birlikdə göyərtəsində daha 9 nəfərin olduğu təyyarənin tapılması üçün səy göstərilib. 

"Aviasiya səlahiyyətlilərinin təyyarə radarlardan itdikdən sonra onunla əlaqə saxlamaq cəhdləri indiyə qədər uğursuz olub", - Malavi Prezident Adminstrasiyasının məlumatında deyilir.  

Təyyarədə Çilima ilə birlikdə daha 9 nəfərin olduğu və təyyarənin dünən yerli vaxtla saat 09.17-də paytaxt Lilonqvedən havaya qalxdığı bildirilib. Təyyarənin axtarış-xilasetmə işləri davam edir. 

2022-ci ildə 51 yaşlı Çilima bir iş adamı ilə bağlı rüşvət qalmaqalı səbəbindən həbs edilib və korrupsiyada ittiham olunub. Səlahiyyətləri əlindən alınan Çilimaya qarşı ittiham ötən ay məhkəmə tərəfindən ləğv edilib.


Oxunma sayı: 1992

Oxşar yazılar